23 yanvar 2011 - 20:30

Sayları 700-dən çox olan dindarlar QMİ-ni aktiv fəaliyyətə səsləyib.

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: Azərbaycanın orta məktəblərində təhsil almaq hüququndan məhrum edilmiş hicablı şagirdlərin valideynləri, yaxınları və sadə dindarlar, bu gün saat 12:00-dan etibarən Qafqaz Müsəlmanlar İdarəsinin qarşısına toplaşıb. Aralarında nüfuzlu ruhanilərin oduğu dindar kütlə, Qafqaz Müsəlmanlar İdarəsinin (QMİ) sədri Allahşükür Paşazadə ilə görüşmək üçün idarənin önünə yığışıblar. Hadisə yerində olan müxbirimizin verdiyi məlumata görə, əvvəlcə  "Təzə Pir" məscidində namaz qılan dindarlar, sonradan hicab probleminin davam etməsinə öz narazılıqlarını bildiriblər. Hicablı şagirdlərin orta məktəblərdə təhsil almaq hüququndan istifadə edə bilmələri üçün QMİ-ni daha da aktiv fəaliyyət göstərməyə səsləyən inanclılar, bu problemin tez bir zamanda həll olunmasını tələb ediblər.

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır