11 yanvar 2011 - 20:30

Bakının Yeni Günəşli qəsəbəsində yerləşən "Fatimeyi-Zəhra" məscidinin qapıları hələ də bağlıdır

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən:  Bakının Yeni Günəşli qəsəbəsində yerləşən “Fatimeyi-Zəhra” məscidinin qapıları hələ də bağlıdır. Yanvarın 12-də “Media forum”a danışan dini icma rəhbəri Tofiq Rəsizadə məscidin təmirə ehtiyacı olduğunu xatırladıb: “Bizim üçün önəmli məscidin sökülməməsi idi, bu da təmin olundu. Məscidin Qafqaz Müsəlmanları İdarəsinə verilməsi 2010-cu il dekabrın 29-da son məhkəmə qərarında da təsdiq olundu. İndi məscidin təmirinə başlamaq mümkündür”.

Tikintisi 1990-cı illərin sonunda yarımçıq qalmış “Fatimeyi-Zəhra” məscidinin sökülməsi qərarını 2 saylı Bakı Yerli İqtisad Məhkəməsi Suraxanı Rayon İcra Hakimiyyətinin müraciəti əsasında verib, apellyasiya instansiyası və Ali Məhkəmə bu qərarı qüvvədə saxlayıb. Ancaq qərar icra olunmayıb. 2010-cu ilin may ayında prezident İlham Əliyev məscidin Qafqaz Müsəlmanları İdarəsinin sərəncamına verilməsini tapşırıb. Bundan sonra Ali Məhkəmənin Plenumu işi 2 saylı Bakı Yerli İqtisad Məhkəməsinə qaytarıb. Dekabrın 29-da birinci instansiya məhkəməsi məscidin sökülməsi qərarını ləğv edib və onun Qafqaz Müsəlmanları İdarəsinə verilməsini təsdiqləyib.

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır