“Hacı Mövsüm Səmədov ölkədən çıxarılıb. Dindarlar arasında gəzən söz-söhbətə görə onun öldürüldüyü də bildirilir” bu xəbərin nə qədər real olduğunu öyrənmək üçün ilk növbədə həbsdə olan partiya sədrinin yaxınları və polisdən məlumat almaq qərarına gəlinib. Məsələnin ən maraqlı tərəfi isə bu idi ki, Mövsüm Səmədovun ailəsi və ona yaxın olan mənbələr Mövsüm bəyin harada olması barədə heç bir məlumatın olmadığını bildiriblər. “İş o yerə çatıb ki, Hacını xəstəxanalarda belə axtarmaq məcburiyyətində qalmışıq”-deyən yaxınları bu məsələdə onlara heç kəsin heç bir məlumat vermədiyini bildirdilər.
Hazırda cəmiyyətdə yayılan bu xəbərin dezinformasiya olduğunu sübut etmək üçün rəsmilər gərək Mövsüm Səmədovun Azərbaycanda olması və ən nəhayət sağ olması faktını təstiqləyəcək xəbərlər versinlər. Əks halda ölkə hakimiyyətini sərt tənqidinə görə öldürülməsi ilə bağlı xəbərlər tezliklə gündəmi məşğul edəcək.
Qeyd edək ki, dünən Daxili İşlər Nazirlyinin mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov mətbuata verdiyi müsahibəsində bildirib ki, “Rəsmi iki xəbər verilib. Məlumat ətraflıdır və onlardan birində partiya sədri Mövsüm Səmədovun özünün həbsi ilə bağlıdır, digəri isə onun Qubadakı əmisi oğlunun dükanında aparılan axtarışın nəticələri, Mövsümün atası Mərdan Səmədovun, eləcə də əmisi oğlu Dəyanət Səmədovun saxlanması haqqındadır”.
DİN sözçüsü Mövsüm Səmədovun harada saxlanması və ona Cinayət Məcəlləsinin hansı maddəsi ilə ittiham qaldırılması haqda məlumat verməyib: “Mövsüm Səmədovun harada saxlanması o qədər də əhəmiyyət kəsb etmir. Cinayət işi qaldırılıb və hazırda istintaq gedir”.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır.