Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: daxil olan məlumata görə, dünən axşam Gəncədə 20 nəfər dindar Gəncə polis işçiləri tərəfindən əsas olmadan polis bölməsinə aparılıblar. Gəncə sakini Füzuli Abbasovun sözlərinə görə hal-hazırda onlardan 17 nəfərini sorğu-sualdan sonra evə buraxıblar. Digər 3 nəfər isə 3-5 sutka həbs cəzası veriiblər. Həbs olunanlar Poladov Samir 5 sutka, Musayev İlqar 3-sutka, İbrahimov Ruslan 3-sutka azadlıqdan məhrum ediliblər.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır.