Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: Hacı Zülfüqar Mikayılzadənin barəsində məhkəmə hökmünü öyrənmək məqsədilə Abşeron rayonunun Məhkəməsinin binası önündə gözləyən bir neçə dindar polis tərəfindən gözaltına alınıb.
Şahidlərin bildirdiyinə görə, polis tərəfindən saxlanılanlar arasında "Milli-Mənəvi Dəyərlər" İctimai Birliyinin sədri Hacı Mehdi Məmmədov da var.
Əldə etdiyimiz məlumata görə, Hacı Mehdi Abşeron rayonunun polis idarəsinə aparılıb.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır.