Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: Əfqanıstanda partlayışlar səngimək bilmir. Ölkənin cənubunda yerləşən Qəndahar bölgəsində baş verən növbəti partlayış zamanı 13 nəfər həlak olub. Hadisə ilə əlaqədar məlumat verən yerli polis, partlayış zamanı 17 nəfərin də yaralandığını açıqlayıb.
Qeyd edək ki, hadisə ilə əlaqədar hələlik heç bir qruplaşma partlayışı öz üzərinə götürməyib.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır.