3 yanvar 2011 - 20:30

İran İslam Respublikasının prezidenti bildirib ki, İran xalqı düşmənlərinin ötən 32 ildə işlətdiyi təxribat fiaskoya uğrayıbdır.

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: Mahmud Əhmədinejad bu gün yanvarın 4-də Simnan əhalisi qarşısında etdiyi çıxışında deyib: Qərb dünyası hazırda iki yol ayrıcındadır; ya keçmişdəki düşmənçiliklərini davam etdirsin ya da xalqların hüququnu qəbul etsin. Lakin İran xalqına münasibətdə onun qərəzli mövqeyi mütləq məğlubiyyətə uğrayacaqdır.

Əhmədinejadın sözlərinə görə, zorakı qüdrətlər zülm və yanlışlıqlarını kənara qoyaraq ağıla gəlib xalqların hüququna hörmətlə yanaşmalıdırlar.

Onun sözlərinə görə, Qərb dövlətləri öz baxışlarını dəyişməli, hegemoniya və işğalçılıq siyasətinə son qoyaraq xalqların hüququna riayət etməlidirlər.

Düşmənlərin İran xalqının izzətinə xələl gətirməyə çalışmasına, onun ərazi bütövlüyünə problem yaratmaq cəhdlərinə toxunan dövlət başçısı qeyd edib: Bütün bu düşmənçiliklərə baxmayaraq onlar İran xalqının inkişafına mane ola bilmədilər və həmişə özlərinin anti-İran siyasətlərində müvəffəqiyyətsizliyə uğradılar.

İran İslam Respublikasının prezidenti sonda düşmənlərin bütün iqtisadi, siyasi, mədəni və hərbi sahələrdə nakam qaldıqlarını vurğulayıb.

Diqqət:Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır