Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: İran parlamenti –İslam Şurası Məclisinin sədri bəyan edib ki , bu dövlət Livan Hizbulahı və Fələstin islamı müqavimət hərəkatı Həmasa dəstək verdiyini gizlətmir.
Əli Laricani İranın imperializmlə mübarizə və məzlumları müdafiə etməsi barədə deyib: İran bu xüsusiyyətlərinə xatir dünyada örnəyə çevrilib və hər zaman İraqda olsun belə, işğalçılar bərabərində müqaviməti dəstəkləyir. Onun sözlərinə görə, İran İslam R. ABŞ-ın hegemoniyası bərabərində dayanan, İraq xalqını himayə edən yeganə dövlətdir.
Laricani qeyd edib ki, İran İslam Respublikası İraq və Əfqanıstanda Amerikanın hegemoniyasını qırmasaydı, indi dünyada fərqli şərait hökm sürürdü. Başqa sözlə İran bəşəriyyətə xidmət etməklə diktatura şərini aradan qaldırıb.
Diqqət:Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır