Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: Sionist İsrail qırıcılarının Qəzzə zolağına qarşı hava hücumlarında iki fələstinli yaralanıb .

İsrail ordusunun hərbi təyyarələri yanvarın 1-də Qəzzənin şimal və mərkəzini bombardman ediblər.

İsrail qüvvələri bundan öncə dekabrın 27-də Qəzzə zolağının cənubunda yerləşən Xanyunus şəhərini artilleriya atəşinə tutaraq bir fələstinlini şəhid etmiş, beşini də yaralamışdılar.

İsrail rejimi Qəzzə zolağını mühasirədə saxlayaraq , vaxtaşırı orada yaşayan əhaliyə qarşı hərbi təcavüzlər təşkil edir.

Sionist rejim 2008-ci il dekabrın sonlarında başlatdığı 22 günlük müharibədə Qəzzə zolağını hava , quru və dənizdən hücuma məruz qoyaraq 1400 fələstinlini şəhid etdi.

Sözü gedən müharibədə Qəzzə zolağının infrastrukturuna da bir milyard 600 milyon dollar xəsarət dəydi.

Müharibənin ardınca BMT-nin faktaraşdırıcı komitəsi İsrail rejimini hərbi cinayət törətməkdə və insan haqlarını kobud şəkildə pozmada suçladı.

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır.