28 dekabr 2010 - 20:30

Məhəmməd Nəccar:Dünya imperializmi öz məqsədlərinə çatmaq üçün terrordan faydalanır.

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: İranın daxili işlər naziri bəyan edib ki, ölkənin cənub şərqində yerləşən Çabahar şəhərində Tasua günü törədilən terror aktının daha 8 amili həbs olunub.

Tehranda müxbirlərlə söhbətdə terrorizmi region ölkələrinin əsas problemi adlandıran Mustafa Məhəmməd Nəccar deyib: Dünya imperializmi öz məqsədlərinə çatmaq üçün terrordan faydalanır.

İmperialist dövlətləri xalqların maraqlarına zərbə vurmaq üçün şər metodlara əl atmaqda ittiham edən iranlı nazirin sözlərin görə, hegemonçu dövlətlər İİR ilə qonşuları arasında əlaqələri pozmaq istəyirlər.

İranın daxili işlər naziri həmçinin bir daha Pakistan hökumətindən istəyib ki, terrorçuların bu ölkə torpağından İran əleyhinə istifadə etmələrinin qarşısını alsın.

Xatırladaq ki, Tasua günü Amerika və bəzi digər dövlətlərin dəstəyi ilə Şeytan ordusu qruplaşması Çabaharda terror aktı törədərək 39 nəfərin şəhid olmasına və onlarla insanın da yaralanmasına səbəb oldu.

Hadisədə çoxlu sayda qadın və uşaq xəsarət almışdır.

Terror aktının ardınca Həzrət Ayətullah əl-Üzma İmam Xamenei, İslam Şurası Məclisinin üzvləri, dövlət qurumları və xalq kütlələri bu terrorçu hərəkətə görə öz nifrətlərini bildirdilər.

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır