28 dekabr 2010 - 20:30

Dünya ölkələrinin bir çoxunu hərbi vasitə ilə işğal etmiş NATO və ABŞ qoşunlarının hərbi ekspertləri Azərbaycana gələcəklər. Məlum olduğu kimi ilk öncə onlar bu gəlişi Azərbaycan ordusunun inkişafı naminə olduğunu iddia edərək lakin bu yöndə öz mənfur siyasətlərini Əfqanıstan, İraq və sair Asiya ölkələrində etdikləri kimi Azərbaycanda da yürüdəcəkələr.

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: Hərbi Təlim və Təhsil sahəsində Silahlı Qüvvələrdə aparılan islahatlara NATO yardımının icmalının aparılması məqsədilə NATO-ABŞ ekspertləri yanvarın 5-də Azərbaycana səfər edəcəklər.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib. Məlumata görə, səfər Azərbaycanla NATO arasında imzalanmış Fərdi Tərəfdaşlıq Planına (FTP) əlavə olaraq həyata keçiriləcək.

FTP-yə əlavə olaraq, gələn il alman dili kursu və MTT üzrə zabit kursu (Almaniyanın Hürt şəhəri), alman dili kursu və Tank Qoşunları üzrə zabit kursu (Hürt), alman dili kursu və Bölük komandiri kursu (Hürt) da olacaq.

Azərbaycan-Böyük Britaniya ikitərəfli əməkdaşlıq proqramına əsasən yanvarın 10-da Çoxmillətli Sülhü Dəstəkləmə Əməliyyatları üzrə təlimatçı hazırlığı kursu Çexiyanın Vişkov şəhərində keçiriləcək.

Yanvarın 10-da Azərbaycan-Litva ikitərəfli əməkdaşlıq planına əsasən Vilnüsdə Gənc Zabitlər üçün qərargah kursu başlanacaq. FTP-yə əsasən yanvarın 10-da Budapeştdə Hərbi İngilis dili kursu, Azərbaycan-Böyük Britaniya əməkdaşlıq proqramına əsasən yanvarın 11-də (York, Böyük Britaniya) ingilis dili kursu, FTP-yə əlavə olaraq yanvarın 12-də Brüsseldə “VERİTY” işçi görüşü olacaq.

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır