Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: Hindistanda bir kəndə hücum edən pələng 2-si uşaq olmaqla 7 nəfəri yaralayıb.
İnsanlar meşəlik ərazidən yaxınlıqdakı kəndə gələn pələngı qovmağa çalışıb. Pələng bir qamışlığa girərək gizlənib. Amma kəndlilərin ondan əl çəkmədiyin görüb insanlara hücum edib.
Əllərində silah və kösöv olan insanlar pələngi öldürməyə çalışsa da buna nail olmayıblər. Əksinə pələng insanlardan bir neçəsinə xəsarət yetirdikdən sonra yenidən qamışlığa gizlənib.
Kəndlilərin qamışlığı yandırmasından sonra pələng oradan çıxaraq cəngəlliyə qaçmağa nail olub. İnsanlar isə silahlı dəstə ilə onun axtarışana başlayıblar.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır