24 dekabr 2010 - 20:30

500-dən çox dindarın iştirak etdiyi etiraz aksiyasında 50 nəfər həbs olunub

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: Dünən Gəncə şəhərində Azərbaycanda hələdə hökm sürən hicab qadağası ilə bağlı etiraz aksiyası keçirilib. "Şah Abbas" məscidində cümə namazı qılındıqdan sonra yerli dindarlar Gəncə şəhər İcra Hakimiyyətinin binasına yollanıblar. Təhsil Nazirlyinin orta məktəblərdə hicab qadağasına etirazlarını bildirən dindarlar, bu qərarın ləğvini tələb ediblər.

icra hakimiyyətinin qarşısında keçirilən aksiya zamanı 500-dən çox insan iştirak edib. Aksiya zamanı əraziyə xeyli sayda polis qüvvələri gətirilib. Nümayiş zamanı polislə dindarlar arasında qarşıdurma olub. Məlumata görə, etiraz aksiyası zamanı 50-dən çox dindar polis tərəfindən saxlanılıb.

Hadisə barədə ətraflı məlumat veriləcək.

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır