18 dekabr 2010 - 20:30

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: Son vaxtlar Braziliya və Argentinanın Fələstini rəsmi bir dövlət olaraq tanıması İsraili yaman narahat edib. Bu azmış kimi artıq Boliviya da Fələstini rəsmi dövlət olaraq tanıdığını açıqlayıb

Bolivia prezidenti Evo Morales də digər 130 ölkə kimi rəsmi formada Fələstini dövlət kimi tanıdı.

Bolivia xarici işlər naziri bildirmişdir ki, prezident Morales bu siyasi qərarını Braziliyada keçirilən Cənubi Amerika ticarət bloku sammitində bəyan etmişdir.

Bolivia bu addımı atmaqla dekabr ayının əvvəlidə Fələstin dövlətini tanımış Cənubi Amerika dövlətlərinin siyahısına daxil olub. Bu zaman ərzində Fələstini müstəqil və azad dövlət kimi tanıyan ölkələrin arasında Braziliya, Argentina və Uruqvay da olmuşdur.

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır.