Bəziləri hətta deyir ki, guya mən dinsizəm. Azərbaycan dünyəvi dövlətdir. "Təhsil haqqında "qanunda da bu məsələyə birmənalı şəkildə münasibət bildirilib".
Nazir orta məktəb yaşlı qızların sinifdə hicab taxmasının normal olmaması iddiasını bir daha vurğulayıb və deyib : "On altı yaşlı qızın sinifdə başıbağlı oturması nə məna daşıya bilər? Sinifdən kənarda kim hansı formada istəyir, geyinsin. Amma sinfin öz qayda-qanunu var".
M. Mərdanov deyib ki, dərsə məktəbli formasında gəlmək qəbul olunmuş qərardır və ona riayət olunmalıdır.
M. Mərdanov deyib : "Bu müsəlmançılıqdan uzaqlaşma deyil. Biz hər birimiz Allahımızı qəbul edirik, "Qurani-Kərim" də stolüstü kitabımızdır. Dinin digər etiqadlarına da əməl etməliyik. Orta məktəbin qayda-qanunlarına əməl etmək müsəlmançılığa qarşı deyil".
M. Mərdanov hələlik ali məktəb tələbələrinin hicab taxması ilə bağlı məsələyə dair heç bir fikir söyləmədiyini də bildirib.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır.