5 dekabr 2010 - 20:30

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən:Sudanda iki avtobusun toqquşması nəticəsində 19 nəfər həlak olub, 15 nəfər yaralanıb.

Hadisə dekabrın 4-də paytaxt Xartumun yaxınlığında qeydə alınıb. Avtobus ötməni yerinə yetirərkən əks istiqamətdə hərəkət edən avtobusun qarşısına çıxıb və toqquşma baş verib.

Qeyd edək ki, bu ilin sentyabrında da Xartum yaxınlığında dəhşətli qəza baş vermişdi. İki avtobusun toqquşması nəticəsində 37 nəfər həlak olub, 26 nəfər yaralanmışdı.

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır.