Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: İraq polisinin yoxlama-buraxılış məntəqəsində içərisinə bomba qoyulmuş avtomobil partladılıb. Hadisə Neynəva vilayətinin mərkəzi Mosul şəhərində baş verib.
Digər məlumata görə, İraq qüvvələri Bağdadın qərbində Əbu Qurəyb məntəqəsində 4 silahlı şəxsi öldürüb, başqa 4 nəfər isə həbs olunub.
İraq qüvvələri həmçinin Səlahəddin vilayətinin Tikrit şəhərində 8 şübhəlini, Bağdadın Ər Rəşadiyyə məntəqəsində isə yaraqlı dəstə üzvlərini yaxalayıblar.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır