Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: İran İslam Respublikasının Şimal Dəniz Donanması Qərargahının komandanı admiral Seyid Mahmud Musəvi bildirib : Ədən Körfəzinə göndərilməsi nəzərdə tutulmuş bölmələrin missiyası 3 ay çəkəcək. Hazırda İİR ordusu tapşırıqları yerinə yetirmək məqsədilə ən modern cihazlar və avadanlıqlarla təchiz edilib.
Admiral Musəvi onu da qeyd edib ki , hazırdaİranın hərbi dəniz donanması İİR-nin su sahələrini qorumaqda öncüldür.
İranlı admiralın sözlərinə görə, bu dairədə İran ordusu qüvvələrinin missiyası suyun altı və suyun səthi , eləcə də mədən resurslarını qorumaq və dəniz qüvvələrinə aid digər təşkilatlarla sağlam , əmin-amanlı və düzgün ticarəti həyata keçirməkdir.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır