Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: İnterpolun Azərbaycandakı Milli Mərkəzi Bürosunun verdiyi məlumat görə, Azərbaycan Türkiyə vətəndaşı barəsində beynəlxalq axtarış elan edib.
Məlumata görə, Türkiyənin Bolu şəhər sakini olan 35 yaşlı Barbaros Leyləkoğlu adam oğurluğu və qeyri-qanuni miqrasiyada günahlandırılır. Bir neçə dəfə Azərbaycan-Gürcüstan sərhədini qanunsuz keçən Barbaros Leyləkoğlu barəsində Balakən rayon hüquq-mühafizə orqanları tərəfindən cinayət işi başlanıb. Balakən Rayon Məhkəməsinin qərarı ilə onun barəsində beynəlxalq axtarış elan edilib.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır