28 noyabr 2010 - 20:30

Tehranda terrorçular motosikletdən istifadə edərək Şəhid Behişti adına Tehran Universitetinin müəllimlərinə qarşı terror aktı törətmişlər. Ölən və yaralı vardır.

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: Bu gün səhər saatlarında Tehranda terrorçular motosikletdən istifadə edərək Şəhid Behişti adına Tehran Universitetinin müəllimlərinə qarşı terror aktı törətmişlər.

Onlar iki bombanı ayrılıqda universitet müəllimlərinin maşınlarının qoruyucu şəbəkəsində (krılasında) yerləşdirmişlər.

Hər iki universitet müəllimləri həyat yoldaşları ilə birlikdə işə gedirmişlər. Hadisə zamanı doktor Məcid Şəhriyari həlak olub, həyat yoldaşı isə yaralanıb. Digər universitet müəllimi doktor Firudin Abbasinin halı yaxşıdır. Lakin onun həyat yoldaşı isə ağır yaralanmışdır.

Qeyd edək ki, partlayışın biri Şəhid Behişti adına Tehran Universitetinin yaınlığında digəri isə Ərteş adına Bülvarda törədilmişdir.

Terrorla bağlı məsuliyyəti hələlik heç bir qruplaşma üzərinə götürməyib.

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır