Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: İtaliya mətbuatının verdiyi məlumata görə, baş nazir Silvio Berluskoninin başçılıq etdiyi hökumətin iqtisadi siyasətinə etiraz edən minlərlə italiyalı Romada yürüşə çıxıb. Aksiyaya böhranla üzləşən sənaye müəssisələrinin nümayəndələri, işsizlər, tibb və təhsil işçiləri, həmçinin tələbələr qatılıb.
İki ayrı istiqamətdən yürüş edən aksiya iştirakçıları Romanın mərkəzi meydanlarından olan San-Covani meydanında birləşiblər. Təzahüratda hökumətin əleyhinə çıxışlar və şüarlar səslənib.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır