Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: ABŞ və İşğalçı İsrail sionistlərinin planını həyata keçirən, İxvanul Müslimin azadlıq hərəkatına zərbələr endirən, pulsuz muzdurluq edən Misir İranın Fars körfəzi ölkələrinin daxili işlərinə müdaxilə etməməli olduğunu bəyan edib!
Qətərin “Əl-Şərq” qəzeti Misirin xarici işlər naziri Əhməd Əbul-Geytə istinadən bildirib ki, İran Livan və İraqın siyasi mübahisələrinə qarışmamalıdır.
Misir prezidenti Hüsnü Mübarəki Doha səfəri zamanı müşayiət edən nazir İranı beynəlxalq ictimaiyyətlə nüvə proqramına dair mübahisələrin diplomatik yolla həllinə çağırıb.
Xatırladaq ki, Qahirə ilə Tehran arasındakı əlaqələrdə 1980-ci il İran islam İnqilabından sonra soyuqluq yaranıb. Bu soyuqluğun səbəbi isə İranda İslam İnqilabının baş verməsi olub.
İran İslam Respublikasının dünya məzlumlarına bacardıqca etdiyi siyasi yardımlar bu ölkələrin azdlığa çıxması naminə olmuş və daim zərər çəkən millətlər tərəfindən alqışlarla qarşılanmışdır. Lakin Misir kimi dinin satmış satqın ölkələr isə belə humanist addımlara əngəl olurlar. Əslində Misir XİN başçısı Əhməd Əbul-Geyt “İran Livan və İraqın siyasi mübahisələrinə qarışmamalıdır” ifadəsindən demək istəyir ki, əks təqdirdə ABŞ, İsrail və onların siyasi və iqtisadi müttəfiqlərinin, adı çəkilən islami dövlətlərin tam işğal etməkdən ötrü cızdıqları planları həyata keçə bilməz.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır