Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: Hadisə bu gün rayonun Mərdəkan qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini, 1959-cu il təvəllüdlü Sədaqət Qafarova özünü yaşadığı evin həyətindəki hovuza atıb. Hovuz dərin olduğundan və hadisə baş verən yerdə heç kim olmadığından qadın hadisə yerindəcə keçinib. Onun Bakı şəhərində fəaliyyət göstərən orta məktəblərdən birində müəllim işlədiyi bildirilir. Qadının özünə qəsd etməsinin səbəbləri ilə məlum deyil.
Faktla bağlı cinayət işi başlanıb, araşdırma gedir.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır