Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: Bu 20 şəxs GRU kimi tanınan Rusiya hərbi kəşfiyyat xidmətlərinə işləyiblər. Gürcüstanın xəbər agentliyinin məlumatına görə şübhəlilər Gürcüstanın daxili və müdafiə nazirliklərinin maddi təchizatını öyrənirdilər. Onlar həmçinin Gürcüstan hüquq-mühafizə orqanları və təhlükəsizlik agentliklərinin yüksək rütbəli əməkdaşlarının həyatları barədə məlumat toplayırdılar. Gürcüstan daxili işlər nazirliyi məlumatları nə təsdiq, nə də təkzib edib. Hanoyda olan Rusiya xarici işlər naziri Sergey Lavrov isə bu məsələni “Gürcüstan vətəndaşları ilə bağlı məsələ” adlandırıb.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır