28 oktyabr 2010 - 20:30

1000-lərlə tələbə Vyanada və digər mühüm şəhərlərdə ölkənin iqtisadi proqramına qarşı etiraz aksiyası keçirtdilər.

Əhli Beyt -ABNA- xəbər agentliyi Euro News-a istinadən xəbər verir: Dünən Avstriya dövləti 2011-ci il üçün nəzərdə tutulan 1.6 milyard euronu azaltmaqdan ötrü 19 yaşdan 26 yaşacan təhsil alan tələbələrin məvacib xərcinə ödənilən yardımı azaltmaq və 24 yaşlı ali təhsil alan tələbələrin məvacib xərcinə ödənilən yardımı isə ləğv etmək istəyindədir.

Avstriya dövlətinin bu cür siyasətinə etiraz olaraq minlərlə insan kütləsi o cümlədən Vyana universitetinin müəllimləri, işçiləri və tələbələri  Vyana universitetinin müqabilindən Avstriya kanslerinin iqamətghınacan yürüş keçirtmişlər.

Yürüşdə Vyana, Salzburg və Graz şəhərlərindən gələn 16 mindən artıq tələbə iştirak etmişdir.

Ekspertlərin verdiyi praqnoza görə, əgər Avstriya dövləti nəzərdə tutduğu iqtisadi proqramı həyata keçirdərsə ölkə universitetlərinin büdcəsi illik 300 miliyon euro miqdarında kəsr ilə üzləşəcəkdir.

Qeyd edək ki, Avstriyanın  Vyana universiteti dünyanın ən məşhur elmi mərkəzlərindən sayılır. Əgər Avstriya ölkəsi təzahüratçıların istəyinə baxmazsa və etirazlar davam edərsə Vyana universiteti dünya səviyəli titulluğunu əldən vermiş olacaqdır.

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır