Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: Banqladeşin paytaxtı Dəkkə yaxınlığında polis və yerli sakinlər arasında baş verən toqquşma nəticəsində ən azı 50 nəfər yaralanıb.

Ağaclarla silahlanmış sakinlər paytaxtdan 16 km şərqdə yerləşən Rupqanc mahalında ordu düşərgəsinə hücum ediblər.

Hadisəyə səbəb polislərin ordu üçün 400 ha torpaq sahəsi alınmasına etiraz edən nümayişçiləri qovmağa cəhd etməsi olub.

Yerli sakinlər ordunun bu torpağa görə onlara kifayət qədər kompensasiya vermədiyini iddia edirlər.

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad vacibdir.