22 oktyabr 2010 - 20:30

Azərbaycan ərazisində, bütövlükdə Cənubi Qafqazda və Yaxın Şərqdə ən qədim müsəlman məbədlərindən olan Cümə məscidi 743-cü ildə inşa edilib.

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: Azərbaycan ərazisində, bütövlükdə Cənubi Qafqazda və Yaxın Şərqdə ən qədim müsəlman məbədlərindən olan Cümə məscidi 743-cü ildə inşa edilib. 1859-cu və 1902-ci illərdə baş verən zəlzələlər Cümə məscidinə ciddi ziyan vurub. Sonralar məscid Azərbaycanın ilk ali təhsilli memarı Zivər bəy Əhmədbəyovun və Polşa mühəndisi İosif Ploşkonun layihəsi əsasında yenidən bərpa olunub. Cümə məscidində keçən əsrin 70-80-ci illərində aparılan qazıntılar zamanı onun həyətində mədrəsə, xeyli hücrə və qəbirlər aşkarlanıb. 1918-ci ilin martında ermənilər tərəfindən Şamaxıda törədilən soyqırımı və talanlar zamanı ən böyük qırğın Cümə məscidində törədilib. Şamaxılıların Allah evi kimi məscidə sığınmasından istifadə edən ermənilər burada yanğın törədərək, təxminən 1700 nəfər günahsız insanı qətlə yetiriblər. Sovet dövründə məlum səbəblərdən təyinatı üzrə istifadə olunmayan və dağılmaq təhlükəsi ilə üzləşən məscid 1980-ci ildə bu tarixi abidə təmir olunub. Məscidin ibadət yeri 1316 kvadratmetrdir.

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad vacibdir.