BİSMİLLƏHİR RƏHMƏNİR RƏHİM

İnsanın ən yüksək kamala yetişməsi yalnız Allahın təlim və tərbiyəsi sayəsində mümkündür. Odur ki, bu yolda ən böyük vasitə Qurani Kərimdir.

Qurani Kərim Tanrının ən böyük neməti, ləfz, ibarət, fəsahət və bəlağət nəzərindən ən gözəl kəlam, insan tərbiyə etmə baxışındansa ən dərin mənalı olan bir kitabdır. Onsuz heç bir kəsin böyük insaniyyət məqamına yetişməsi mümkün deyildir.

Allah taala Quranın əzəmətini belə xatırlayaraq buyurur:

لَوْ أَنزَلْنَا هَذَا الْقُرْآنَ عَلَى جَبَلٍ لَّرَأَيْتَهُ خَاشِعاً مُّتَصَدِّعاً مِّنْ خَشْيَةِ اللَّهِ وَتِلْكَ الْأَمْثَالُ نَضْرِبُهَا لِلنَّاسِ لَعَلَّهُمْ يَتَفَكَّرُونَ 

“(Ya Peyğəmbər!) Əgər Biz bu Quranı bir dağa nazil etsəydik, sən onun Allahın qorxusundan (kiçildiyini) parça-parça olduğunu görərdin (halbuki ağıl və ruh sahibi olan insan onun öyüd-nəsihətlərindən ibrət almır). Biz bu misalları insanlar üçün çəkirik ki, bəlkə, düşünələr.”

“Həşr”, surəsi, ayə 21.

Bununla belə tamamilə insan fitrətinə uyğun anlaması və kamala yetişməsinə də münasibdir. Allah subhan “Rum” surəsinin 30-cu ayəsind