17 sentyabr 2010 - 19:30

Ter-Petrosyan: “Müharibə realdır və Azərbaycanın münaqişənin hərbi yolla həllinə dair xəbərdarlıqları başadüşüləndir”

Əhl Beyt-ABNA-xəbər agentliyinə verilən xəbərə əsasən dünən Qazaxıstanın Almatı şəhərində ATƏT xarici işlər nazirlərinin qeyri-formal toplantısı çərçivəsində keçirilən Qarabağ danışıqlarından heç bir nəticə hasil olmayıb. Azərbaycan və Ermənistan xarici işlər nazirləri Elmar Məmmədyarov və Edvard Nalbəndyan əvvəlcə ikitərəfli görüş keçiriblər, daha sonra görüşə ABŞ dövlət katibinin müavini Ceyms Steynberq, Fransa xarici işlər naziri Bernar Kuşner və Rusiya xarici işlər naziri Sergey Lavrov qatılıblar.

“3+2" formatında keçirilən və təxminən saat yarım çəkən danışıqlardan sonra nazirlərin heç biri jurnalistlərə açıqlama verməyib. Ancaq daha sonra Minsk Qrupuna həmsədrlik edən ölkələrin xarici işlər nazirləri adından danışıqlara dair birgə bəyanat yayılıb. Bəyanatda bildirilir ki, həmsədr ölkələr 2009-cu il dekabrın 1-də Afinada verilən bəyanata sadiq qaldıqlarını bəyan edir və