Təxminən bir ay əvvəl Fransa parlamentinin üzvü Natali Quli Azərbaycana növbəti səfəri çərçivəsində Xocavənd rayonundan olan məcburi köçkünlərin yaşadığı qəsəbəyə təşrif buyurmuşdu. Qəsəbənin uşaq baxçasında balacalar ona erməni vəhşilərinə hədə yağdıran şerlər söylədilər… Xanım qonaq böyüklərə balacaları dostluq və humanizm mühitində böyütməyi tövsiyə etdi… Amma Natali Quli nədənsə, ermənilərin əsir götürdükləri 4-5 yaşlarındakı qız uşaqlarını zorlamaqdan belə çəkinmədiklərini tez unutdu…
Unutdu ki, müharibə bitməyib. Qanlı savaş 1988-94-cü illərdəki kimi amansızcasına davam edir. Hər ay cəbhədə tərəflər arasında itkilər baş verir. Təbii ki, bu savaşın barıt qoxusu heç vaxt beynəlxalq t