Əhl Beyt-ABNA-xəbər agentliyinə verilən xəbərə əsasən Rusiyanın Neftyuqansk şəhərində yaşayan 19 yaşlı idmançısı Yuliya Yevdokimova möcüzə nəticəsində sağ qalıb. Növbəti tullanış zamanı onun paraşütü açılmayıb və qız 800 metr yüksəklikdən yerə düşüb.
İdmançı 0,5 metr dərinlikdəki bataqlığa düşməsi səbəbindən sağ qalıb. Həkimlər onun onurğasının, qabırğasının sındığını və çoxsaylı zədələr aldığını müəyyən ediblər. Həkimlər onu ciddi cərrahiyyə əməliyyatı gözlədiyini və ən azı 1 ay xəstəxana çarpayısında uzanmalı olacağını vurğulayıblar. Bununla yanaşı onlar etiraf ediblər ki, Yuliya Yevdokimova “köynəkdə doğulub”.