“İsrailin Türkiyədən üzr istəməsi mümkün deyil”.Bu bəyəanatla İsrailin baş naziri Benyamin Netanyahu çıxış edib.

Əhl Beyt-ABNA-xəbər agentliyinə verilən xəbərə əsasən O bildirib ki, İsrail “Mavi Mərmərə” gəmisinə basqınla bağlı Türkiyədən üzr istəməyəcək: “Türkiyə ilə münasibətlərimizə zərər gəlməsini istəmirik. Lakin “Mavi Mərmərə” gəmisinə basqınla bağlı Türkiyədən üzr istəmək niyyətimiz də yoxdur. Çünki burada üzr istəniləcək bir durum yoxdur. Əsgərlərimiz linçə məruz qalmaq təhlükəsi qarşısında özlərini müdafiə ediblər”. İsrail hökumət üzvünün Türkiyə rəsmiləri ilə görüşməsi xəbərini təsdiqləyən Netanyahu bu görüşün son zamanlar iki ölkə arasında gerçəkləşən ən yüksək səviyyəli görüş olduğunu deyib: “Bu görüşə rəğmən Türkiyə ilə hər hansı razılaşmaya nail olmamışıq”.