Əhl Beyt-ABNA-xəbər agentliyinə verilən xəbərə əsasən İsrailin paytaxtı T

Xatırladaq ki, İsrail hərbçiləri Qəzzaya humanitar yük aparan “Mavi Marmara” gəmisinə hücum edərək 9 türkü qətlə yetirdikdən sonra Ankara ilə Təl-Əviv arasındakı münasibətlər gərginləşib. Türkiyə bu ölkədəki səfirini geri çağırıb, iqtisadi və hərbi layihələr ləğv olunub, İsrail hərbi təyyarələri üçün ölkənin hava məkanı qismən bağlı elan edilib.

Bu arada İsraillə Türkiyə arasında yaranmış diplomatik böhranın daha da dərinləşdiyi xəbəri yayılıb. Bildirilir ki, indi də İsrail rəsmisi Türkiyənin bu ölkənin hərbi təyyarələrini öz hava sahəsinə buraxmamasına sərt reaksiya verib. Ölkənin yüksək çinli rəsmilərindən biri İngiltərənin “Sky News” telekanalına müsahibəsində Türkiyənin iki ölkə arasındakı böhranı daha da dərinləşdirmədən əvvəl, iki dəfə fikirləşməli olduğunu söyləyib: “Türkiyə gərginliyi artırma yolunu seçmiş kimi görünür və bu heç kimin xeyrinə deyil. Əgər əlaqələri tamamilə kəsmək üçün bəhanə axtarırlarsa, bu məsələ Türkiyənin Orta Şərqdəki vəziyyətinə zərər verər”. Adı açıqlanmayan israilli səlahiyyətli deyib ki, hərbi sahədə əməkdaşlıq daim hər iki ölkənin də mənfəətlərinə uyğun olaraq yerinə yetirilib və bunun dəyişməsi üçün bir səbəb yoxdur. Səlahiyyətli şəxs Türkiyə hökumətinə çağırışında Sovetlər İttifaqının başına gələnləri xatırladaraq belə deyib: “Sovet İttifaqı da 1967-ci ildə İsrailə arxasını çevirmişdi, amma daha sonra bölgədə fəaliyyətini itirəndə buna görə peşman oldu”.

Göründüyü kimi, qarşılıqlı şəkildə ittihamlar davam edir və münasibətlə “soyuq müharibə” həddinə qalxıb. Iki dövlət arasında münasibətlərin gərginləşən xətt üzrə getməsi təbii ki, Azərbaycan üçün müsbət perspektiv vəd etmir. Türkiyənin acığına İsrailin Azərbaycanın da maraqların toxunan addımlar atması narahatçılıq doğuran haldır.

Politoloq Vəfa Quluzadə hesab edir ki, Israil-Türkiyə gərginliyi daha çox emosional müstəvidə gedir: “Türkiyə ərəb aləmində olduqca çoxlu xal qazanır və mövqeyini möhkəmləndirir. Türkiyə rəhbərliyini elə də sadəlövh hesab etməyin. Onlar nə etdiklərini çox yaxşı bilirlər”. V.Quluzadə soyqırım iddialarını da mənasız saydı: “Erməni soyqırımı” cındır əskilərdən düzəldilmiş xoxandır. Bununla Türkiyəni qorxutmaq mümkün deyil. Rusiya da bu barədə qərar qəbul etdi. Ancaq nə olsun, Türkiyə-Rusiya münasibətləri yerindədir və davam edir. Indi İsraildə də nə qədər bu barədə danışılsa, faydası olmayacaq. İsraildə Türkiyə əleyhinə keçirilən nümayişlər də faydasızdır. Nümayiş heç nəyi həll etmir. Türkiyə-İsrail əlaqələri lazım olanda tam qaydasına düşəcək". V.Quluzadə əlavə etdi ki, vətəndaşlarının qətlinə görə Türkiyə İsraildən üzr istəməyi tələb etdiyi halda, Təl-Əviv bundan imtina edir: “Məsələləri Israil gərginləşdirir. Ya ABŞ-a arxayındır, ya da özündən razılıq əlamətidir deyə, buna gedir”. Politoloq hesab edir ki, bu münasibətlər İsrail-Azərbaycan əlaqələrinə təsir etməməlidir və etməyəcək də.

XİN-in mətbuat katibi Elxan Poluxov dedi ki, münasibətlər əvvəllər necə idisə, o şəkildə də inkişaf etməkdədir: “Azərbaycanla İsrail arasında münasibətlərdə hər hansı bir dəyişiklik yoxdur. Biz ümid edirik ki, Türkiyə ilə İsrail arasında yaranan problemlə tezliklə müsbət həllini tapacaq. Digər tərəfdən, hələ ki Azərbaycan tərəfinə nə Türkiyə, nə də İsrail tərəfindən iki dövlət arasında yaşananlarla bağlı nə təklif, nə də fikirlər bildirilib”.

 

E.PAŞASOY

əl-Əvivin küçələrinə qondarma “erməni soyqırımı”ndan bəhs edən və Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın ünvanına sərt tənqidin yer aldığı plakatlar vurulub. Lent.az-ın “tert.am” saytına istinadən verdiyi məlumata görə, plakatlara Təl-Əvivin əksər küçələrində rast gəlmək mümkündür.