Əhl Beyt-ABNA-xəbər agentliyinin xəbərinə əsasən Türkiyə baş nazirinə qarşı sonuncu terror cəhdi, bu ölkənin təhlükəsizlik orqanları tərəfindən ifşa olunub. Türkiyə baş nazirinə qarşı sonuncu terror cəhdi, bu ölkənin təhlükəsizlik orqanları tərəfindən ifşa olunub. Türkiyə mediasının məlumatına görə, əməliyyat zamanı həbs edilən terrorçuların ilkin ifadələrindən, onların, İsrailin kəşfiyyat orqanı kimi tanınan MOSSAD ilə birbaşa əlaqələri olduğu bəlli olub. Elə bu baxımdan bu terror aktı da məhz bu kəşfiyyat idarəsi tərəfindən hazırlanıb. Türk və Kürdlərdən ibarət olan bu terrorçu dəstənin yaxalanması barədə ilkin məlumat yayılmasa da, ancaq sonradan bu haqda mediaya məlumatlar sızmaqdadır. Telaviv bu barədə bildirib : İsrailin baş naziri ,“Likud” partiyasının üzvü Əyyub Qara Ərdoğanın muxalifləri ilə görüş keçirtməkdən ötrü Türkiyəyə səfər edəcəkdir.