Əhl Beyt-ABNA-xəbər agentliyinin xəbərinə əsasən, Qırğızıstanın müvəqqəti hökümətinin baş naziri Roza Otunbayeva, dünəndən etibarən cənubundakı etnik qarşıdurmalarda həyatını itirənlərin xatirəsinə üç günlük milli matəm elan edib. Digər tərəfdən isə Səhiyyə nazirliyi etnik qarşıdurmalarda ölənlərini sayı 189, yaralananların sayı isə 1910 nəfər olduğunu açıqlayıb.