Əhl Beyt-ABNA-xəbər agentliyinin xəbərinə əsasən İran nüvə proqramı ilə bağlı böyük güclərlə danışıqlar masasına oturmağa hazır olduğunu, ancaq bəzi şərtlər irəli sürdüyünü bəyan edib. İran televiziyasının xəbərinə görə, prezident Mahmud Əhmədinejat o şərtlərin nədən ibarət olduğunu yaxın zamanlarda açıqlayacaq. Enerji istehsalı üçün nüvə enerjisinə ehtiyac duyduqlarını vurğulayan Əhmədinejat Təhlükəsizlik Şurasında qəbul edilən sanksiyaların Tehranı yolundan etməyəcəyini bildirib. Qeyd edək ki, Avropa Birliyinin və Təhlükəsizlik Şurası qərarına əlavə olaraq daha sərt sanksiyalar nəzərdə tutan qərar üzərində müzakirələr apardığı bildirilir. Bu sırada İranın enerji sektoruna sərmayə qoyuluşunun dondurulması da var.