Əhl Beyt-ABNA-xəbər agentliyinin xəbərinə əsasən «Financial Times» yazır ki, sanksiyalar İranın nüvə planlarına kiçik də olsun təsir etməyəcək və BMT-nin qadağaları Tehranın neft satışına qarşı çevrilməyib: «İndi İran çalışır ki, sanksiyalardan yan keçsin, hətta, onların təsirini öz xeyrinə dəyişsin. Adətən sanksiyalar praktiki cəhətdən fərqli olaraq, kağız üzərində güclü görünür». Qəzet yazır ki, sanksiyaların qəbulu İranın hakimiyyət dairələrini daha sıx birləşməyə məcbur etdi.

«Le Monde» nəşri vurğulayır ki, XXI əsr diplomatiyası İrana qarşı sanksiyaların qəbulu ilə başladı. Amma bu gün hər kəs bunların əsas səbəbini unudub: «BMT-nin çıxış yolu yox idi. O düzgün addım atdı. Əlbəttə ki, bu sanksiyalar Vaşinqtonun istədiyi kimi, sanksiyalar «boğucu» olmadı. Lakin İranın müttəfiqləri Rusiya və Çinin sanksiyalara qoşulması Tehranın diplomatik izolyasiyası deməkdir». Göründüyü kimi, dünya mətbuatı sayca dördüncü dəfə qəbul edilmiş sanksiyaların effektinin olmayacağını və növbəti sərt sanksiyalara yol aça biləcəyini yazırlar.