Əhl Beyt-ABNA-digər xəbər agentliylərinə əsasən xəbər verir ki Çin həmişə olduğu kimi 5+1 arasında ədalətli görünməkdədir. Pekin İrana yeni sanksiyaların tətbiqinə qarşı çıxıb. Paytaxtda keçirilən mətbuat konfransında çıxış edən Çin Xarici İşlər Nazirliyinin sözçüsü İrana qarşı yeni sanksiyaların tətbiqinə qarşı çıxdıqlarını və problemin dialoq yolu ilə həllinin mümkün olduğunu söyləyib. Çinin hər zaman problemin dialoq və danışıqlar yolu ilə həllinə dəstək verdiyini deyən sözçü İran rəhbərliyini də Beynəlxalq Atom Enerjisi Təşkilatı ilə əməkdaşlığa dəvət edib. Qeyd edək ki, yaxın günlərdə İrana sanksiyaların tətbiqini nəzərdə tutan qətnamə layihəsinin BMT Təhlükəsizlik Şurasında səsverməyə çıxarılması gözlənilir. Layihənin qə