Azərbaycan İslam partiyasının mətbuat xidmətindən Faktxeber.com-a daxil olan bəyanatda deyilir:
"Məlum olduğu kimi, dünən Türkiyənin humanitar yüklə dolu gəmilərinə İsrail əsgərləri silahlı basqın edərək 16 nəfəri vəhşicəsinə qətlə yetirmiş, verılən məlumatlara görə on nəfərdən çox insan yaralanmışdır.
Fələstinin Qəzza bölgəsinə - ərzaq, dərman, geyim və yaşayış üçün lazım olan digər məhsullara kəskin ehtiyacı olan köməksiz insanlara humanitar yardım aparan Türkiyə gəmiləri Beynəlxalq sularda hərəkət etmələrinə baxmayaraq İsrail hərbə hava qüvvələrinin və hərbi gəmilərinin silahlı basqınına məruz qalmışlar. İsrailin seonist başçılarından atəş əmri almış vəhşi desant dəstələri müsəlman bacı və qardaşlarına yardım əlini uzatmaq istəyən dinc, silahsız insanlara qarşı qətliam törətmişlər. Heç bir insanlığa və beynəlxalq hüquq normalarına, qanunlara sığmayan hərəkətləri ilə İsrailin seonist başçıları dünyanın cəzasızlıq mühitinə rəğmən bəşəri cinayətlərini davam etdirir, insanlığa qarşı yeni-yeni fitnə-fasadlar törədirlər.
Qanunsuz rejimin başçılarının törətdiyi bəşəri cinayətlərə etiraz edən dünyanın sülhsevər və tərəqqipərvər ictimaiyyəti və siyasi təşkilatları kimi, Azərbaycan İslam Partiyası da İsrailin qaniçən hərbçilərinin-hərbi canilərinin günahsız insanlara qarşı törətdiyi cinayətə görə cəzalandırılmasını tələb edir və beynəlxalq ictimaiyyəti bu qəddar rejimə qəti etiraza çağırır. Biz Türkiyədə yaşayan müsəlman qardaşlarımıza həmrəy olduğumuzu bildirir, bütün müsəlman ölkələrindən, o cümlədən də Azərbaycandan sionist əlaltılarının çıxarılmasını ədalətli addım hesab edir, insan haqlarını pozan, günahsız müsəlmanları qətliam edən faşist xislətli sionist rəhbərlərinin beynəlxalq məhkəmələr qarşısında cavab verməsini tələb edirik."