Bosniyada 1992-95-ci illərində baş verən müharibə əsnasında serb qüvvələrinin komandiri Mladiçin gündəliklərinin əsas qismi bosniyalı qadınlara təcavüz hekayələriylə doludur...
FaktXeber.com-un verdiyi məlumata görə, 1992-1995-ci illər arasında baş verən döyüş əsnasında serb qüvvələrinin komandiri Mladiçin gündəliklərinin əsas qismində, komandirlərin döyüşdə zərər çəkmiş qadınlara istiqamətli təcavüzləri "əyləncə" mahiyyətində izah edilir.
Serbiya, 15 ildir müharibə günahkarı olaraq axtarılan Mladiçin yoldaşının evində ələ keçərilən gündəlikləri, keçmiş Yuqoslaviyada törədilən cinayətlər üçün qurulan məhkəmənin tələbi ilə 19 mayda dövlət orqanlarına təslim etmişdi.
Mladiçin əl yazısıyla qələmə aldığı 3 min 500 səhifədən ibarət olan gündəliklərdə, Bosniya-Hersoqovinada 1992-1995-ci illər arasında törədilən müharibə cinayətləri və xüsusilə də Srebrenitsa qırğınıyla əlaqədar hər hansı bir tapıntıya rast gəlinməyib. Mladiç, döyüş əsnasında çoxlu sayda dinc vətəndaşın öldürülməsi və təcavüz kimi əmrləri verməklə günahlandırılır.
Müharibə günahkarı fərarilik edib
Bosniya-Hersoqovinanın Vişeqrad şəhərində 1992-ci ilin aprel və sentyabr ayları arasında bosniyalı qadınlara təcavüzə və vətəndaşları öldürməyə görə 17 il həbs cəzası verilən Momir Saviç isə məhkəmə qərarının açıqlanmasından sonra qaçıb. Təcavüzə Uğramış Qadınlar Dərnəyi başçısı Bakira Haseçiç və dərnək üzvü qadınların cəhdiylə haqqında iddia açılan Tezisiçin Belqrada getmiş ola biləcəyi qeyd edilir. Buna görə də, Serbiyadan, tutulub qaytarılması tələb ediləcək.
Dərnəyinin üzvləri arasında Tezisiçin təcavüzünə uğramış qadınların da olduğunu söyləyən Haseçiç, "Həbs olunması lazım olduğu gün Saviç, Vişeqradda idi, ancaq məhkəmə qərarının dəqiqləşdiyi vaxt ortadan itdi. İndi bu günahkar haqqında iddia açılmasını təmin edən üzvlərimiz qorxulu günlər yaşayır" - deyə bildirib.
Tezisiçin qaçmasından sonra təhdid mesajı aldığını bildirən Haseçiç, təhdidlərə boyun əyməyəcəklərini və günahkarların tapılması üçün işlərini davam etdirəcəklərini söyləyib.