The Daily Telegraph xəbər verir ki, Fransanın xüsusi xidmət orqanları Parisdə Eyfel qülləsinin yanında tikilən pravoslav kilsəsini nəzarətə götürüb. Kilsənin yaxınlığında Fransa prezidentinin poçt xidməti, müşavirlər idarəsi, eləcə də prezidentin xarici siyasət üzrə müşavirinin rezidensiyası yerləşir.
Fransız əks-kəşfiyyatı bir vaxt KQB agenti olmuş Vladimir Kojinin Parisin mərkəzində torpaq alıb kilsə tikmək planlarını adi qarşılamayıb. Fransa kəşfiyyat idarəsi Sarkozi hakimiyyətə gəldikdən sonra rus kəşfiyyatının fəallaşdığını iddia edir. Belə ki kilsə tikintisinə xüsusi diqqət ayrılmış və əlaqədar şəxslər nəzarətə götürülmüşdür.