“Ukrayna NATO-ya üzv qəbul olmaq niyyətində deyil, bu məsələ artıq gündəlikdən çıxıb”. APA-nın məlumatına görə, bu bəyanatla Ukraynanın xarici işlər naziri Konstantin Qrişenko çıxış edib: “Ukrayna alyansla münasibətlərini inkişaf etdirməkdə davam edəcək, lakin üzvlük məsələsi bu gündən gündəlikdən qalxır. Günün tələblərinə cavab verən ən məqbul yanaşma budur. Bu cür qərar qəbul etməyimizə səbəb Ukrayna vətəndaşlarının böyük əksəriyyətinin ölkənin NATO-ya üzv qəbul olmasına qarşı çıxmasıdır”.
17 avqust 2010 - 19:30
Xəbər kodu: 189815
Xarici işlər naziri: "Bu məsələ bu gündən etibarən gündəlikdən çıxır"