Barak Obama Amerika Ordusunda homoseksualizmi təsdiq etdi 

FaktXeber.com-un "Reuters"ə istinadən verdiyi məlumata görə, Amerika ordusunda homoseksualizmə istiqamətli qadağanın ləğvi ilə əlaqədar Konqresdə gündəmdə olan qanun, prezident Obama tərəfindən dəstəklənib.

Ağ Ev, Pentaqon, Konqres və homoseksualizmi dəstəkləyən təşkilatlar arasında gündəmdə olan sözügedən qanunla, Amerika ordusunda homoseksualizmin sərbəst şəkildə təmin ediləcəyi bildirilir.

Qeyd edək ki, Amerika ordusunda homoseksualizmin sərbəstliyi üçün prezident Obama, müdafiə naziri Robert Qeyts və baş qərargah rəisi Molenin təsdiqi lazım idi.

"Reuters"in məlumatına görə, baş qərargah rəisi Molen homoseksualizmin Amerika ordusunda tətbiqinə qoyulmuş qadağanın ləğvini dəstəkləyən ilk şəxs olub.