Azərbaycan hakimiyyəti ilə ABŞ arasında bir ildən artıqdır davam edən gərginliyin yoluna qoyulması üçün anlaşma əldə olunub. Bu barədə qəzetimizə iqtidar düşərgəsindəki qaynaqlardan məlum olub. Mənbə anlaşmanın detallarını bilməsə də deyib ki, artıq hakimiyyətin Amerikaya münasibətdə siyasi-ideoloji kursunu dəyişmək barədə təlimatlar verilib. İlk addım isə hakimiyyət və
ABŞ-ın Bakıdakı səfiri postunun bir ilə yaxındır boş qalması da münasibətlərin gərgin olmasından xəbər verirdi. Belə görünür ki, artıq bu məsələ də həllini tapıb. ABŞ-ın Minsk Qrupundakı keçmiş təmsilçisi və dövlət katibinin köməkçisi Metyu Brayzanın prezident Obama tərəfindən səfir postuna namizəd göstəriləcəyi artıq qətiləşib. Birləşmiş Ştatların Bakıdakı səfirliyindəki mənbəyə istinadən “Eurasianet.org” saytında yer alan xəbərə əsasən, Brayzanın namizədliyi bir neçə həftə əvvəl Azərbaycan tərəfi ilə razılaşdırılıb. Yəni diplomatik münasibətlər haqda normalara uyğun olaraq rəsmi Bakı onun namizədliyinə aqreman verib.
Dünən BBC-nin sualına cavab olaraq Ağ Ev amerikalı diplomat Metyu Brayzanın namizədliyinin ABŞ-ın Azərbaycandakı səfiri vəzifəsinə irəli sürüldüyünü nə təsdiq, nə də təkzib edib. Ağ Ev rəsmisi bildirib ki, bu haqda yaxın zamanda bəyanat veriləcək. Qəzet çapa hazırlanarkən Ağ Evin rəsmi internet saytında Brayzanın namizədliyinin Senata təqdim olunmasına dair rəsmi məlumat hələ yerləşdirilməmişdi.
Brayzanın Bakıya səfir təyinatı Senatda təsdiqlənməlidir və ekspertlərə görə, bu, o qədər də asan olmayacaq. Çünki Amerikadakı erməni lobbisinin tanınmış araşdırmaçı, türkiyəli Zeyno Baranla (ABŞ-dakı bir quruluşu olan
Lakin prosesləri izləyən mənbələr qeyd edir ki, əgər hakimiyyətlə Obama administrasiyası arasında anlaşma varsa, deməli tərəflər qarşılıqlı olaraq müəyyən addımlar atmaq barədə öhdəliklər götürüblər. Xüsusən də Azərbaycan hakimiyyəti. Bu anlaşmanın qarşıdakı seçkilərin qismən də olsa ədalətli keçirilməsini təmin etmək üçün addımların atılmasını da nəzərdə tutduğu təxmin edilə bilər.
P.S. Hakimiyyətin ABŞ rəhbərliyi ilə ilkin anlaşmasını qəzetin başqa qaynaqları da təsdiq edir.