Türkiyədə çıxan "Milliyet" qəzeti bu gün çıxan sayında yazıb ki, ATƏT-in Minsk Qrupunun keçmiş amerikalı həmsədri Metyu Brayza ABŞ-ın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri vəzifəsinə təyin edilib.

 

 

Xatırladaq ki, bir il idi həmin vəzifə vakant idi. Enn Dersidən sonra bu postu Metyu Brayzanın tutacağı söylənilsə də, qəti qərar verilmir, təyinat ləngiyirdi.

 

Türkiyə mətbuatı bu məsələyə həm də ona görə önəm verir ki, Brayzanın həyat yoldaşı Zeyno Baran Türkiyə vətəndaşı olan kürd qızıdır. Qeyd edək ki, bu təyinatdan bəhs edən xəbərin başlığı da məhz bu cürdür: "Bakıya yabançı damad".