Ermənistan prezidenti Serj Sarkisyanın apreldə Vaşinqtona səfəri zamanı ABŞ-ın dövlət başçısı Barak Obama ilə görüşünün təfərrüatları indi-indi üzə çıxır. Ermənistanda nəşr olunan “Aykakar jamanak” qəzetinin məlumatına görə, Amerika prezidenti təxminən yarım saat ərzində Serj Sarkisanda izahat işləri aparıb. O bildirib ki, Ermənistanda demokratiya ilə bağlı problemlər var. Barak Obama çiçəklənən korrupsiya, siya dustaq problemindən də danışıb və qanlı 1 mart hadisələrinə toxunub. /ANS/