Misir təhlükəsizlik qüvvələri polislə qarşıdurmaya girmiş 65 müxalifi həbs edib. Hadisə paytaxtın Həzirə-Muhəmməd rayonunda baş verib. Bu barədə Masravi internet portalı məlumat yayıb. Müxaliflər yaşadıqları məntəqənin mərkəz seçki dairəsindən çıxarılmasına etiraz olaraq avtomobil yolunu bağlamaq istəyiblər. Polis məsələyə qarışandan sonra qarşıdurma yaranıb. Hər iki tərəfdən yaralananlar var. Artıq həbs edilənlərə qarşı təxribat maddəsi ilə cinayət işi qaldırılıb. İyunda Misirdə parlamentin yuxarı palatasınna seçkilər olacaq.