İki gün ərzində ölkənin cənubunda Talibanla qarşıdurmalar zamanı 3 NATO əsgəri öldürülüb 

 Əfqanıstanda işğalçı NATO qoşunları ilə Taliban döyüşçüləri arasında  qarşıdurmalar davam edir.  Artıq iki gün ərzində ölkənin cənubunda Talibanla qarşıdurmalar zamanı 3 NATO əsgəri öldürülüb. Qeyd edək ki, öldürülən hərbçilərin kimliyi barədə məlumat verilmir. Nəzərinizə çatdıraq ki,  bu il ərzində Talibanla qarşıdurmalarda NATO artıq 190 hərbçisini itirib