Əhli Beyt (əleyhimus səlam) Beynəlxalq Xəbər Agentliyi – ABNA: Media nümayəndələri ilə "İslam İnqilabı Keşikçiləri Korpusunun Amerika xalqına məktubu" mövzusunda keçirilən mətbuat konfransında General-mayor Hüseyn Möhibbi bildirdi: "İslam İnqilabı Keşikçiləri Korpusu Amerika xalqına ünvanlanmış bir məktub hazırlayıb. Əvvəlcə deməliyəm ki, bu, bir məktubdur və media atmosferi yaratmaq üçün təbliğat işi deyil. Bu, məntiqli, şəfqətli, real və eyni zamanda ətraflı bir məktubdur."
Amerika xalqının İran xalqının məntiqi ilə çox tanış olmadığını hiss etdiyimizi bildirən İİKK sözçüsü qeyd edib: "Bu məktub vasitəsilə reallıqları Amerika xalqına izah etməyə çalışdıq."
O, ABŞ-nin hərbi xərclərinə toxunaraq bildirib: Əgər ABŞ-nin bu xərclərin məqsədi öz ərazisini və yaşadığı ərazini müdafiə etməkdirsə, ölkənin müdafiə vəziyyəti təbii olaraq təhlükəsizdir və dünyanın müxtəlif ölkələrində 800 hərbi bazaya və illik 1,1 trilyon dollarlıq müdafiə büdcəsinə ehtiyac duymur.
İran İslam Respublikası silahlı qüvvələrinin illik büdcəsi ABŞ ordusunun illik büdcəsinin bir faizini təşkil etdiyi halda; Əfqanıstan ordusunun hərbi büdcəsinin bizimkindən bir faiz azdır, Yəmən ordusunun hərbi büdcəsi isə hər ikimizin hərbi büdcəsindən azdır.”
O əlavə edib: “25 il əvvəl ABŞ prezidenti İranın nüvə silahına nail olmasına cəmi bir neçə həftə qaldığını elan etmişdi. Mən Amerika xalqından soruşuram ki, İranın sözdə nüvə silahına nail olması lazım olan bir neçə həftə hələ çatmayıbmı? Bax buna görə də bu, böyük bir yalandır.”
Bu yüksək rütbəli hərbi rəsmi aydınlıq gətirib: “Əgər İran nüvə silahı əldə etməyə çalışırsa və ABŞ İranın nüvə silahı əldə etməsinə icazə verməyəcəyini iddia edirsə, ABŞ prezidenti niyə Müştərək Hərtərəfli Fəaliyyət Planından (MHFP) çıxıb? ABŞ da daxil olmaqla altı ölkə İranın nüvə silahı istehsal etməsinə mane olacaq bir müqavilə imzalamadımı? Atom Enerjisi Təşkilatının müfəttişləri dövri yoxlamalar üçün İrana baş çəkmədimi? Onlar nüvə silahı istehsal etmək baxımından İrana nəzarət etmədilərmi? Niyə MHFP-dən çıxıblar? Onların sözlərinə görə, MHFP İranın nüvə silahı əldə etməsinin qarşısını almaq üçün bir yol idi, bəs niyə bu müqavilədən çıxıblar?”
İİKK sözçüsü xatırladıb: “Deməli, onların məsələsi nüvə silahı deyil, milləti talan etmək və İranı bölmək məsələsidir. Onların məsələsi İranı özləri üçün müstəmləkə ölkəsinə çevirməkdir. Əgər onların məsələsi nüvə silahı idisə, özləri də bilirlər ki, İran nüvə silahı ardınca olmayıb.”
Sizin rəyiniz