Dünən Eçmiədzinin kilsəsinin mətbuat xidməti II Qareginin Azərbaycanda səfərdə olarkən Şəhidlər Xiyabanını ziyarət etməsi faktını təkzib etmişdi. Təkzibdə belə bir halın baş vermədiyi, Azərbaycan tərəfinin yalan məlumat yaydığı bildirilirdi.
Sözügedən məslə ilə bağlı Qafqaz Müsəlmanları İdarəsi katalikos II Qareginin Azərbaycanda səfərdə olarkən Şəhidlər Xiyabanını ziyarət etməsi ilə bağlı mətbuatda dərc olunan yazılarla bağlı rəsmi bəyanat yayıb. FaktXeber.com-a daxil olan bəyanatda qeyd olunur ki, Qafqaz Müsəlmanları İdarəsinin əməkdaşlarından biri II Qareginin Bakıda ziyarət etdiyi yerlər barədə Qafqaz Müsəlmanları İdarəsinin sədri Hacı Allahşükür Paşazadənin adından qeyri-dəqiq məlumat verib. Bu isə sözügedən anlaşılmazlığın yaranmasına yol açıb. Məlumatın dəqiqləşdirilməsindən sonra II Qareginin və onu müşayiət edən şəxslərin Şəhidlər Xiyabanını ziyarət etmədiyi məlum olub. Qeyri-dəqiq məlumat yayan İdarənin əməkdaşı isə cəzalandırılıb. Qeyd edək ki, bu gün Eçmiədzinin kilsəsinin mətbuat xidməti II Qareginin Azərbaycanda səfərdə olarkən Şəhidlər Xiyabanını ziyarət etməsi faktını təkzib edib.